Ereb dili Dersleri 1 1.0 [免費版]

軟體介紹

Əziz oxucu! Ərəb dilində təqdim olunan bu vəsait الْجَامِعَةُ الإسْلاَمِيَّةُ بِالْمَدِينَةِ الْمُنَوَّرَةِ Mədinə İslam Universi¬tetinin “Ərəb dili” bölməsində tədris olunan dörd hissəli kitabın birinci hissəsidir. Adı çəkilən kitab dörd hissədən ibarət olub, bu dörd hissədə ərəb dilinin qrammatikasını təşkil edən “Sarf” (morfologiya) və “Nəhv” (sintaksis) qaydaları tədricən, sadədən mürəkkəbə doğru tələbəyə öyrədilir. Bu kitab öz xüsusi təlim üslubu ilə digər ərəb dili təlimi kitablarından seçilirir. Bu xüsusilik əsasən aşağıdakılardan ibarətdir: 1. Kitabdakı dərslər elə tənzimlənib ki, tələbə bu dərsləri öyrə¬nərkən özü də hiss etmədən ərəb dili qaydalarını tədricən, tam mənimsəyir. 2. Çoxşaxəli, geniş mövzular bir dərsdə deyil, tədricən, sadədən mürəkkəbə doğru bir neçə dərsdə hissə-hissə öyrədilir. 3. Kitabda “Sarf” (morfologiya) və “Nəhv” (sintaksis) elmləri ayrı-ayrılıqda müstəqil deyil, bir yerdə paralel olaraq öyrənilir. 4. “Sarf” və “Nəhv” mövzularının əsaslı və sistemli şəkildə verilməsi tələbələrin bu elmləri birlikdə öyrənməsinə imkan yaradır. 5. Dörd hissədən ibarət olan kitab ərəb dili qrammatikasını demək olar ki, tam şəkildə əhatə etmişdir. Kitab yalnız mətnlər və tapşırıqlardan ibarətdir. Qrammatik qayda¬lar isə göstərilməmişdir . Kitabı yenidən nəşr edərkən bir sıra dəyişikliklər etmişik. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir: 1. Mətn və lazım olan tapşırıqlar hərəkələnmişdir. 2. Yeni qrammatik mövzular mətndə qırmızı rənglə qeyd olunmuşdur. 3. Tapşırıqların şərtləri tərcümə olunmuşdur. 4. Hər dərsin sonunda yeni sözlər tərcümə edilmişdir. Sonda kitabı yenidən nəşr etməyə icazə verdiyinə görə Doktor F. Abdur-Rahimə dərin təşəkkürümü bildirirəm. Allahdan istəyirəm ki, bu kitabı oxuculara faydalı etsin! Elşən Şəkərov [email protected]

歷史版本

Free Download 二維碼下載
  • 軟體名稱: Ereb dili Dersleri 1
  • 軟體分類: 圖書與參考資源
  • APK名稱: com.appmk.magazine.AOVQJCTVTXCABNYC
  • 最新版本: 1.0
  • 支持ROM: 2.1.x及更高版本
  • 軟體大小 : 10.05 MB
  • 更新日期: 2022-09-27